Akorlar

Marron

BadClause
COrta4/4
0 görüntülenme
Transpoze:
3x
120BPM
4/4
Akor/vuruş:
52 akor
Giriş
1. Bölüm
Səmimi deyil canımı alanlar
Görəndəki gün çıxmır ümüd etsədə batdı zamanlar
Güvən məni tərk elədi yarı yolda qaldığım anda
Gülüşün yaddaşımda əl izlərin qaldı masamda
Sir açanda baxışım zilləndi dodağlarına
Eşidəndə başqa ünvanda tapıb xoşbəxtliyi
Yaşardı bir cüt gül tək bəhanə yollar var
Addım atmamağının özü qəhər deyil o yol şərt deyil
Gördüyün bu əyyaş cavan səni sevən həmin uşağıydı
Sən şeir gözlü gözəlim şöhrətimə şan idin
Əhvalımı həmişə pis görürdün özün səbəbkar idin
Sevgi gecikmişdi daha nə mən nədə sən varıydın
Kədər sənətkarıydı ən gözəl əsər sən oldun
Və nəysə cəlb eliyirdi məni soyuğ nəzərinə
Doğru görəsən qəsdən uzağlaşdın sən ya səhvən oldu
Fərq etməz ölüb sevgi, qalan əlamət əsər mən oldum
2. Bölüm
Qəhvi gözlərinin səmasında
Bir iki qağayı süzər qanadları
Tam sənə gələn yolların astanasında
Qürurum tutar ayağları
Qollarımız ayrılır bu gündən
Xatirənlə solurdu o günlər
Xəyalıma gəlmişdin o gün sən
3. Bölüm
Olmur axı de hanı o günlər
4. Bölüm
Xətrimə dəyirdi hər bir sözünün yalan olmağı
Şəhvətə boyun əydilər ama sevgini sayan olmadı
Yalnızlığ üzsüz gəlir doğma görür yad olanları
Sən məni məndən aldın ama səni mənə alan olmadı
5. Bölüm
Adın möhürlü dərdə
Əhvalım hər nə qədər pis olsa belə
Mesajlarda gülürdüm hərdən
6. Bölüm
Yalan dedilər içdən istəsəndə olmur
Xoşbəxtliyə gedən yol keçmir
Ərəbcə cümlələrdən
7. Bölüm
Bizi ruhdan saldı seçimlər
Əlvida dillərə dastan sevgi qaldı sətirdə
Şəkillərimizi silsəndə kitabı tullama heç vaxt
Gözüm yollarında yazılarımsa qan tər içində
Sənə fərq eləməz sevgili. sevgisiyəm
Ağlıma gələndə belə salam verdim tanımadın sən
O mesajı yazmazdım biraz əvvələ qayıda bilsəm
Özgəyə həyat olunan birisi səni yanında xəyal edirsə
8. Bölüm
Qəhvi gözlərinin səmasında
Bir iki qağayı süzər qanadları
Tam sənə gələn yolların astanasında
Qürurum tutar ayağları
Qollarımız ayrılır bu gündən
Xatirənlə solurdu o günlər
Xəyalıma gəlmişdin o gün sən
9. Bölüm
Olmur axı de hanı o günlər

Videolar

Videolar yükleniyor...

BadClause Diğer Şarkıları

BadClause sanatçısının diğer akorları