Akorlar

Yarem (Nefes)

Aqsin Fateh
DbOrta4/4
1 görüntülenme
Transpoze:
3x
120BPM
4/4
Akor/vuruş:
74 akor
1. Bölüm
Gözlərimi dolan görəndə qan axan bulud deyirlər
Bəsdi daha fikir elədin, ürəyini ovut deyirlər
Sevməyinə yoxdur əsas, yoxdur axı sübut deyirlər
Dönməyəcək, boş ver onu, burax onu, unut deyirlər
2. Bölüm
Gözlərini dolan görəndə qan axan bulud deyirlər
Bəsdi daha fikir elədin, ürəyimi ovut deyirlər
Dönməyimə yoxdur əsas, yoxdur axı sübut deyirlər
Gəlməyəcəm, mən gedirəm, burax məni, unut deyirlər
3. Bölüm
Olmur ki, yarem, yarem, yarem
Dön geri canım, gözüm, parəm
Bağlanmır, dərindir bu yarem
Yoxdur ki, çarəm, çarəm, çarəm
Ara
4. Bölüm
Zəngimə sən kilid vurub, sondu bu da, bilmi deyirsən
Məndə nəyin vardı alıb, parçalayıb silmi deyirsən
Yəni ki, ruhsuz yaşayıb ayaq üstə ölmü deyirsən
Yəni, heç nə olmamış kimi yenə də gülmü deyirsən
5. Bölüm
İndi qürurum danışır, sakit olub dinməyəcəm mən
Öylə bir atəşlərə saldın ki, daha sönməyəcəm mən
Ensə buludlar yerə, artıq əyilib enməyəcəm mən
Gəlsə əgər tərsinə dünya, geriyə dönməyəcəm mən
6. Bölüm
Olmur ki, yarem, yarem, yarem
Dön geri canım, gözüm, parəm
Bağlanmır, dərindir bu yarem
Yoxdur ki, çarəm, çarəm, çarəm
Ara
7. Bölüm
Zülmətdə şəmsiz pərvanəyəm
Dostlar deyir ki, divanəyəm
Yoxdur xəbərim heç özümdən
Sən demə çoxdan viraanəyəm
8. Bölüm
Zülmətdə şəmsiz pərvanəsən
Dostlar deyir ki, divanəsən
Yoxdur xəbərin heç özündən
Sən demə çoxdan viraanəsən
9. Bölüm
Olmur ki, yarem, yarem, yarem
Dön geri canım, gözüm, parəm
Bağlanmır, dərindir bu yarem
Yoxdur ki, çarəm, çarəm, çarəm

Videolar

Videolar yükleniyor...

Aqsin Fateh Diğer Şarkıları

Aqsin Fateh sanatçısının diğer akorları